AZ

Masallıda 20 yaşlı gənc kanalda boğuldu

Masallıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu Şərəfə kanalında boğularaq ölüb.
 

Belə ki, 20 yaşlı gənc iyulun 19-u qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən kanalın kənarına gedib. Burada balıq tutan zaman o, kanala düşüb.


İ.Əliyevin meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

Seçilən
11
50
bizim.media

10Mənbələr