İran və üç Avropa ölkəsi - Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin müavinləri iyulun 25-də İstanbulda İranın nüvə problemini müzakirə edəcəklər.
Missiya.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Avropa ölkələrinin tələbinə cavab olaraq, İran üç avropalı iştirakçısı ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib”, - o vurğulayıb.
Onun sözlərinə görə, görüşdə İranı Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edəcək.
Nurlana ƏhmədovaMissiya.Az