AZ

“WhatsApp”da bir neçə çat üçün xülasə funksiyası istifadəyə verilib

“WhatsApp” keçən ay təqdim etdiyi “Mesaj xülasəsi” funksiyasını təkmilləşdirərək yeni imkanlar əlavə edib. Əvvəllər bu funksiya yalnız bir çat üçün aktiv idi. Lakin son yeniləməyə əsasən, artıq istifadəçilər eyni anda bir neçə çat üzrə xülasə əldə edə biləcəklər.

Finss.az xəbər verir ki, “Quick Recap” adlanan bu yeni funksiya vasitəsilə eyni vaxtda beş çat üzrə oxunmamış mesajların xülasəsini yaratmaq mümkündür. İstifadəçilər bunun üçün sadəcə uyğun çatları seçib, ekranın yuxarı hissəsindəki üç nöqtə simvoluna klikləyərək menyudan xülasə seçimindən istifadə etməlidirlər.

Məlumata görə, mesajların emalı yalnız istifadəçinin cihazında həyata keçirilir, bu isə məxfilik baxımından təhlükəsizliyi təmin edir. Bununla belə, əlavə məxfilik səviyyəsinə malik çatlar bu funksiyadan kənar saxlanılır.

Yeni funksiya hazırda Android əməliyyat sistemi üçün “WhatsApp 2.25.21.12 beta” versiyasında mövcuddur.

Fuad Mədətov
Finss.az

Seçilən
21
43
fins.az

10Mənbələr