AZ

İran İstanbulda Avropa İttifaqının 3 ölkəsi ilə danışıqlar aparacaq

İyulun 25-də İstanbulda İran ilə Böyük Britaniya, Fransa və Almaniya arasında Tehranın nüvə proqramı üzrə danışıqların yeni mərhələsi keçiriləcək.

Operativ Media bu barədə "Armenpress"ə istinadən xəbər verir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İran dövlət televiziyasına bildirib ki, görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İran tərəfdən danışıqlarda Məcid Təxt-Rəvançi və Kazem Qərib-Abadi iştirak edəcək.

 

Gözəl Azadəliyeva

Seçilən
16
50
operativmedia.az

10Mənbələr