Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kompleks tədbirlər davam etdirilir.
Müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.
Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq.
Komissiya, həmçinin görülmüş işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq.
10Mənbələr
-
icma.az“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi baş tutub ( 19520780)
-
bizim.media"Kiber yay məktəbi"nin məzunları Azərbaycanın qüruru sayılırlar” - Davud Rüstəmov ( 19520867)
-
525.azRektor: “Kiber Yay Məktəbi kadrların hazırlanması istiqamətində unikal layihədir ( 19519394)
-
bizim.mediaRektor:"Kiber Yay Məktəbi" kibertəhlükəsizlik sahəsində ən unikal layihələrdən biridir” ( 19519514)
-
newscenter.azYay tətilində yeniyetmələrin narkotik vasitələrə meyillənməsi və bundan çıxış yolları ( 19517987)
-
newscenter.azYay tətilində yeniyetmələrin narkotik vasitələrə meyillənməsi və bundan çıxış yolları ( 19517828)
-
azadmedia.azYay Tətili Dövründə Yeniyetmələrin Zərərli Vərdişlərə, Xüsusilə Narkotik Vasitələrə Meyillənməsi: Təhlükələr, Nümunələr və Çıxış Yolları » AzadMedia.az ( 19487354)
-
milli.azPeskov: Əgər Bakı Moskvanı məhkəməyə versə, Rusiya rəsmi hökmü gözləyəcək ( 19486958)
-
azadmedia.azYay Tətili Dövründə Yeniyetmələrin Zərərli Vərdişlərə, Xüsusilə Narkotik Vasitələrə Meyillənməsi: Təhlükələr, Nümunələr və Çıxış Yolları » AzadMedia.az ( 19483580)
-
ulusum.azDTX məlumatı: Yeni komissiya yaradıldı ( 19482653)