AZ

FİFPro-dan İnfantinoya sərt tənqid

FİFPro klublararası dünya çempionatının (KDÇ) yeni formatda təşkili ilə bağlı Canni İnfantinodan narazılıq edib.

"Football-plus.az" xəbər verir ki, Beynəlxalq Peşəkar Futbolçuların Həmkarlar İttifaqı rəsmi bəyanat yayaraq FİFA-nın prezidentini sərt tənqid atəşinə tutub.

Bəyanatda belə deyilir:
“Qlobal futbol bayramı kimi təqdim edilən, FİFA tərəfindən yaradılan və təşkilatın prezidentinin təbliğ etdiyi layihə dialoqsuz, həssaslıqdan uzaq və hörmət amilinə qarşı çıxan, gündəlik işləri ilə oyunu dəstəkləyənlərə qarşı uydurma yarış oldu. Təmtəraqlı istehsal istər-istəməz imperator Neronun Romasının “çörəyi və tamaşaları”nı xatırladır, kütlənin əyləncəsini xatırladır. Pərdə arxasında isə qeyri-bərabərlik, qeyri-sabitlik və əsl qəhrəmanların qorunmadığı vəziyyət yaranıb. Turnir qəbuledilməz şəraitdə keçirilib, matçlar həddən artıq isti havada oynanılıb, nəticədə oyunçuların fiziki təhlükəsizliyinə təhlükə yaranıb. Bu hal nəinki pislənməlidi, həm də sərt şəkildə xəbərdarlıq edilməlidi. KDÇ-də başverənlər heç bir halda milli komandaların mundialında təkrarlanmamalıdı”.
Seçilən
6
31
football-plus.az

10Mənbələr