AZ

Samir Sədaqətoğlu ilə İsveçrədə görüş keçirildi - FOTO

Azərbaycanlı yazıçı-dramaturq, jurnalist, "Sənət qəzeti"nin təsisçisi və baş redaktoru Samir Sədaqətoğlu ilə İsveçrədə görüş keçirilib. 

 

Sfera.az xəbər verir ki, gecəninin aparıcısı Jean-François Crettenand olub. 

 

Hazırda İsveçrədə yaşayan və bu günlərdə yubiley yaşını qeyd edən Samir Sədaqətoğlu çıxışı boyu yaradıcılığından, "Sənət qəzeti"nin fəaliyyətindən, Rafiq Tağının qətlindən, Azərbaycandakı istimai-siyasi durumdan, ədəbi-mədəni porseslərdən bəhs edib. 

 

Tədbirdə həmçinin Daniella Esteves, Antonia Urso, Sabrina Babecki, Vera Dos Santos Texeira və başqaları çıxış edib. Pianoda ifaları ilə Jean-Loup Ribordi və onlarla müxtəlif musiqi alətində müxtəlif xalqaların musiqilərini ifa etməklə tamaşaçıların heyrətinə və rəğbətinə səbəb olan məşhur fransız musiqiçisi Alexandre Cellier gecəyə xüsusi rəng qatıblar. Məşhur sənətçi Alexandre Cellier Azərbaycan musiqi alətləri ney və tütək haqqında tamaçaşılara məlumat verdikdən sonra çıxışı boyu Samir Sədaqətoğlunu müşaiyət edib. 

 

Tədbir boyu fransız dilində çıxış edən Samir Sədaqətoğlu sonda şeirlərindən birini Azərbaycan dilində səsləndirib. "Təbii ki, siz Azərbaycan dilini bilmirsiniz, mənim bu şeirimi Azərbaycan dilində səsləndirməkdə məqsədim Azərbaycan dilinin musiqisini, ruhunu az da olsa, bacardığım qədər sizə yansıtmaqdır", deyə Samir Sədaqətoğlu qeyd edib. 

 

Bu zaman məşhur musiqiçi Alexandre Cellier neydə ifa edərək onu müşaiyət edib və bu ədəbi-bədii kompazisiya tamaşaçıların xüsusi  marağına səbəb olaraq sürəkli alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, tədbirin təşkilatçısı xanım Rose Sonia Qarsia olub.

 

.

Seçilən
14
50
sfera.az

10Mənbələr