Olaylar.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti İstanbuldakı "Florence Nightingale" Tibb Mərkəzinin mütəxəssislərinə istinadən məlumat yayıb.
"Mərmərə, Egey və Aralıq dənizi sahillərində "Vibrio parahaemolyticus" və "Vibrio vulnificus" bakteriyasının DNT-si tapılıb. Bu bakteriyalar ilıq duzlu suda çoxalır. "Vibrio cholerae" çirklənmiş dəniz suyu vasitəsilə orqanizmə daxil olur və şiddətli ishal, susuzlaşdırma ilə vəba xəstəliyinə yol açır. Türkiyədə vəba hallarına nadir hallarda rast gəlinsə də, yoluxma riski hələ də mövcuddur", - deyə bildirilib.
Mütəxəssislər qeyd edib ki, təhlükə xüsusilə açıq yaralarla dəniz suyunun təması zamanı yaranır:
"Həmçinin yayda nəm çimərlik paltarında uzun müddət qalma səbəbindən uroloji xəstəliklər artır. Bundan əlavə, mütəxəssislər ictimai hovuzlarda infeksiya riskləri barədə xəbərdarlıq edirlər".