12 avqust tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək hərracda ümumilikdə 5 səhmdar cəmiyyətinə məxsus səhmlər satışa çıxarılacaq.
Valyuta.az xəbər verir ki, "Ağdaş Quşçuluq"a məxsus 338 min 741 ədəd buraxılmış səhmdən 101 min 662 ədədi satışa təqdim olunur.
Hər bir səhmin nominal dəyəri 2 manat təşkil edir. Satışa çıxarılan səhmlərin nominal dəyəri 203 min 324 manat olsa da, ilkin satış qiyməti 101 min 662 manat müəyyən edilib.
"Cəlilabad Şərab"ın 92 min 155 ədəd buraxılmış səhmdən 41 min 295 ədədi hərraca çıxarılacaq. Nominal dəyəri 4 manat olan bu səhmlərin ümumi nominal dəyəri 165 min 180 manatdır. Lakin satışa 123 min 885 manat ilkin qiymətlə çıxarılacaq.
"Salyan broyler"in ümumilikdə 560 min 59 ədəd buraxılmış səhmdən 168 min 225 ədədi hərraca təqdim olunur. Hər səhmin nominal dəyəri 2 manat olmaqla, bu səhmlər 168 min 225 manat ilkin satış qiyməti ilə təklif olunur.
"Şıxlar Broyler"ə məxsus 139 min 804 ədəd səhmdən 42 min 90 ədədi hərraca çıxarılır. Bir səhminin nominal qiyməti 2 manat təşkil edir. Satışa isə 42 min 90 manat ilkin qiymətlə çıxarılacaq.
"Zaqatala Fındıq"a aid 419 min 434 ədəd buraxılmış səhm mövcuddur. Bu səhmlərdən 125 min 992 ədədi 125 min 992 manat ilkin qiymətlə satışa çıxarılır. Hər bir səhmin nominal dəyəri 2 manatdır.
Mayya Hüseynova