
İyulun 25-də Türkiyənin İstanbul şəhərində İran, İngiltərə, Fransa və Almaniya nüvə proqramı ilə bağlı danışıqlar aparacaqlar.
Reyting.az “Reuters”-ə istinadla bildirir ki, bu barədə iyulun 21-də İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi məlumat verib.
İran XİN-nin nümayəndəsi deyib ki, onun ölkəsi ilə İngiltərə, Fransa və Almaniya arasında görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində olacaq.
İyulun 25-nə planlaşdırılan danışıqlar bir ay əvvəl İsrail və ABŞ-nın İranın nüvə obyektlərinə hücumundan sonra üç ölkənin xarici işlər nazirlərinin iyulun 17-də İranın Xarici işlər naziri Abbas Əraqçi ilə ilk telefon danışığından sonra baş tutacaq.
E. KAMAL