AZ

Hələ də media savadlılığının nə olduğunu dərk etməyənlər var

Çox insan hələ də media savadlılığının nə olduğunu tam dərk etmir.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu TRT World telekanalının aparıcı nümayəndəsi Jafar Hasnain bu gün III Şuşa Qlobal Media Forumunda – “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş panel iclası zamanıdeyib.

O qeyd edib ki, jurnalistika çox vacib və həssas sahədir.

“Hazırda sosial media qlobal miqyasda sürətlə yayılıb və bir çox məlumat mənbəyi kimi istifadə olunur. Təəssüf ki, bəzi hallarda sosial mediada yayımlanan informasiyalar birbaşa xəbər saytlarında dəqiqləşdirilmədən paylaşılır ki, bu da peşəkar jurnalistika prinsiplərinə ziddir”,- J. Hasnain bildirib.

Seçilən
7
50
teleqraf.com

10Mənbələr