Böyük Britaniya iyulun 21-də Ukrayna Müdafiə Təmas Qrupunun iclasında Kiyevi silahlandırmaq üçün “50 günlük kampaniyaya” çağıracaq.
Herbiand.az bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili məlumat verib.
“Ukrayna Müdafiə Əlaqə Qrupunun üzvləri olaraq biz də öz növbəmizdə Ukraynanı silahlandırmaq üçün “50 günlük kampaniya”nı öhdəsinə götürməliyik”, - müdafiə naziri deyib.
Con Hili iclasa 4-cü dəfə sədrlik edəcək. O, ABŞ prezidenti Donald Trampın “Rusiyanın 50 gün ərzində sülh yolu ilə nizamlanmaya nail olmaqdan imtina edəcəyi təqdirdə tariflərin tətbiqi” təklifini dəstəkləmək və Böyük Britaniyanın bu təşəbbüsün uğurunda öz rolunu oynayacağına əmin olmaq niyyətindədir.
Bəxtiyar CƏFƏRLİ