Valideynlər körpələrinin sidiyindən kəskin və fərqli qoxu hiss etdikdə narahat ola bilərlər.
Sidik yolları infeksiyası (UTI): Körpənin sidiyi pis və kəskin qoxuludursa, bu, infeksiyaya işarə edə bilər. Şəkərli diabet: Sidikdə şirin və meyvə qoxusu varsa, nadir hallarda erkən yaşda rast gəlinən diabet əlaməti ola bilər. Fenilketonuriya: İrsi metabolik xəstəlikdir. Sidikdə kəskin qoxu ilə özünü göstərə bilər.
Demedia.az Pediatr Günay Rəsulova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Əzizzadə Məleykə / Demedia.az