Son vaxtlar ABŞ xəstəxanalarında hələ də yaşayan insanlardan uğursuz orqan çıxarılması ilə transplantasiya əməliyyatlarının sayı artıb.
Herbiand.az bildirir ki, bu barədə Amerikanın The New York Times qəzeti yazır.
“Son illərdə sistem, transplantasiyaların sayını artırmağa çalışdığı üçün pasiyentlər getdikcə daha çox orqanlarının vaxtından əvvəl və ya uğursuz şəkildə çıxarmaq cəhdləri ilə üzləşməli olurlar”, - məqalədə deyilir.
Nəşrin yazdığına görə, Qərbi Virciniya ştatında həkimlər, koordinatorların əməliyyat otağında sakitləşdirici dərman qəbul etməyi dayandıran iflic xəstəsindən orqanlarının çıxarılmasına razılıq verməsini xahiş etdikdə şoka düşüblər: “Xəstəxanalar ölüm anına qədər xəstələrə cavabdehdirlər, lakin bəziləri orqan tədarükü təşkilatlarına müalicə qərarlarına təsir etməyə imkan verir”.
Qəzetin məlumatına görə, bir neçə ştatda işçilər koordinatorların potensial donorların ölümünü sürətləndirmək üçün xəstəxana həkimlərini morfin, propofol və digər dərmanlar yazmağa inandırdığını gördüklərini bildiriblər.
Bəxtiyar CƏFƏRLİ