AZ

Canlı donorlardan transplantasiya üçün orqanlar çıxarıldı

ABŞ xəstəxanalarında transplantasiya əməliyyatlarının sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, donorların sayını artırmaq üçün tibb müəssisələri və transplantasiya koordinatorları pozuntulara yol verir, xəstələrin həyatını riskə atırlar.

Belə hallardan biri Qərbi Virciniyada baş verib, burada həkimlər koordinatorların sedativ dərmanların kəsilməsinə baxmayaraq əməliyyat otağında olan iflic xəstəsinin orqanlarını çıxarmaq tələblərini yerinə yetirməkdən imtina ediblər.

Bildirilir ki, bəzi xəstəxanalar orqan tədarükü təşkilatlarına potensial donorların ölümünü sürətləndirmək üçün morfin və propofol kimi güclü dərmanları tətbiq etməyə icazə verir.

Qeyd edək ki, ABŞ-da orqan transplantasiyası xəstəxanalar, həkimlər və koordinasiya mərkəzlərini əhatə edən mürəkkəb sistemlə tənzimlənir. Donorların əksəriyyəti beyin ölümü olan xəstələrdir, ancaq ürək dayanmasından sonra orqan yığımı da tətbiq olunur.

Seçilən
5
50
publika.az

10Mənbələr