AZ

Almaniya və ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünə yaxınlaşıb – Bloomberg

Almaniya yaxın günlərdə Bundesverin (Almaniya Silahlı Qüvvələri) arsenalında olan iki Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya göndərməyə hazırlaşır. Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Berlin və Vaşinqton Patriot sistemlərinin əvəzlənməsi ilə bağlı razılığa gəlib. Almaniyanın Ukraynaya göndərəcəyi batareyalar ABŞ-ın sənaye ehtiyatlarından olan yeni sistemlərlə əvəz ediləcək.

“Alman və amerikalı rəsmilər Patriot sistemləri ilə bağlı qalan məsələlərin – o cümlədən ehtiyatların nə vaxt və necə əvəz olunacağının – həllini yaxın günlərdə başa çatdırmaq niyyətindədir”, – deyə nəşr bildirir.

Mənbələrin sözlərinə görə, sövdələşmə bu həftə ərzində rəsmən elan oluna bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
13
editor.az

10Mənbələr