AZ

Avropa İttifaqına giriş üçün ödənilməli olan məbləğ üç dəfə artırılır

Bakı. Trend:

Avropa Komissiyası ETİAS sistemi ilə Aİ-ə səyahət üçün ödənişməbləğini üç dəfə artırmağı təklif edib.

Bu barədə Trend“Euronews” telekanalına istinadən xəbər verir.

Söhbət ittifaq ərazisinə vizasız giriş üçün ödənilməli olanməbləğin 7 avrodan 20 avroya qədər qaldırılmasından gedir.Telekanal bildirir ki, məlumatı yüksək vəzifəli Aİ nümayəndəsitəsdiq edib.

2026-cı ilin son rübündən etibarən 30 Avropa ölkəsinə vizasızsəfərlər "Avropa Səyahət Məlumatı və İcazə Sistemi" (ETIAS)vasitəsilə mümkün olacaq – bu, İrlandiya istisna olmaqla, bütün Aİüzv ölkələrini, eləcə də, İslandiya, Norveç, Lixtenşteyn vəİsveçrəni ehtiva edəcək.

ETIAS icazəsi vizasız rejimə malik ölkələrin – məsələn, BöyükBritaniya, ABŞ, Kanada, Braziliya və Avstraliya vətəndaşları üçünbu ölkələrə qısamüddətli (90 günədək) səfər zamanı tələbolunur.

ETİAS sistemi ilə qəbul olunan ödənişlər Avropa İttifaqınınbüdcəsinə köçürüləcək.

Qeyd edək ki, hazırda Aİ ölkələrinə vizasız giriş 7 avro təşkiledib.

Məqalədə:
Seçilən
53
2
az.trend.az

5Mənbələr