AZ

Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab verəcəyini vəd edib

Çinin Ticarət Nazirliyi Avropa İttifaqının (Aİ) Çin banklarına təsir edən 18-ci anti-Rusiya sanksiyalar paketini tənqid edib. Çin hakimiyyəti məhdudiyyətləri əsassız adlandırıb və onlara cavab verəcəyini vəd edib.

Nazirliyin press-relizinə görə, Çin sanksiyalardan “son dərəcə narazıdır” və “heç bir əsası olmayan” qəfil tədbirlərə qəti şəkildə qarşı çıxır. “Aİ-nin hərəkətləri Çin və Aİ liderlərinin əldə etdiyi konsensusa ziddir və ticarət-iqtisadi əlaqələrə ciddi mənfi təsir göstərib. Çin yerli şirkətlərin və maliyyə institutların qanuni hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün lazımi tədbirlər görəcək”, – mesajda deyilir.

Aİ-nin 18-ci sanksiyalar paketi iyulun 19-da qüvvəyə minib, 18 fiziki və 41 hüquqi şəxsə şamil edilib. Məhdudiyyətlərdən Rusiya ilə ticarət edən yeddi Çin şirkəti, həmçinin Çinin “Suifenhe Rural Commercial Bank” və “Heihe Rural Commercial Bank” bankları təsirlənib.

Seçilən
35
21
banker.az

10Mənbələr