AZ

Messi beşinci dəfə MLS-də matçın ən yaxşı oyunçusu seçilib

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-də matçın ən yaxşı oyunçusu seçilib.

Operativ Media xəbər verir ki, 38 yaşlı mütəxəssis ABŞ karyerasında beşinci dəfə bu nailiyyətə imza atıb.

“Nyu York Red Bullz”la qarşılaşmada (5:1) Messi iki qol vurub və iki məhsuldar ötürmə edib.

Messi liqa tarixində iki fərqli mövsümdə ən azı beş dəfə "Matçın Oyunçusu" seçilən ilk oyunçu olub.

2025-ci il mövsümündə hücumçu MLS-də 18 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.

"İnter Mayami" 21 oyundan sonra 41 xalla MLS Şərq Konfransında 5-ci yerdədir.

Seçilən
28
3
operativmedia.az

3Mənbələr