Kilian Mbappenin adı qanun pozuntusunda hallanır. O, Fransa yığmasını qoruyan polis əməkdaşlarının hesabına külli miqdarda pul köçürməsi ilə bağlı inzibati araşdırma obyektinə çevrilib.
“RMC Sport”un məlumatına görə, milli komandanın təhlükəsizliyini təmin edən Respublika Təhlükəsizlik Qüvvələrinin (CRS) 5 üzvü 2023-cü ildə Mbappedən xeyli miqdarda pul alıblar. Bu, Fransa Milli Polisinin Baş Müfəttişliyinin diqqətini cəlb edib və inzibati araşdırmaya başlanılıb. 4 işçinin hər biri 26 yaşlı forvarddan 30 min avro alıb. Pul 2023-cü ilin iyununda Mbappenin adına olan bank hesabından köçürülüb. 5-ci alıcı isə mühafizəçilər qrupuna rəhbərlik edən komandirdi. Onun hesabına 60300 avro köçürülüb. Beləliklə, ödənilən ümumi məbləğ 180300 avro təşkil edib.
Fransa polisi ən böyük məbləği alan CRS komandirinin rolu ilə xüsusilə maraqlanır. Bildirilir ki, bu, özəl təhlükəsizlik xidmətləri üçün gizli ödəniş ola bilər. Komandirin 2023-cü ilin yayında Mbappenin Kameruna və CRS-nin müvafiq şöbəsinə şəxsi səfərləri zamanı iştirak etdiyi və bunun peşə etikasının pozulması ilə bağlı şübhələri artırdığı deyilir. Hesab edilir ki, o, mandatından sui-istifadə edərək bu səfərlərdə iştirak etmdklə “dürüstlük borcunu” pozmuş ola bilər.
Məlumatda Kilianın bu vəziyyətlə bağlı bütün suallara cavab verməyə hazır olduğu bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta