Hurriyyet.az xəbər verir ki, Ukrayna dronları Moskvanı hədəfə alıblar. PUA hissələri yaşayış binasının damına düşüb.
İyulun 21-nə keçən gecə Rusiyanın HHM qüvvələri Ukraynanın Moskva istiqamətində uçan 15 ədəd dronunu vurublar. Bu barədə Moskva şəhərinin meri Serqey Sobyanin məlumat verib. Onun sözlərinə görə, dron qalıqları Yeni Moskvadakı Kiyevski məntəqəsinə, yaşayış binalarının damların düşüb.
"Baza" "Teleqram" kanalı Kiyevski məntəqəsində çoxmərtəbəli evin damında baş vermiş yanğının təsvirlərini paylaşıb.
Hürr Tərcüman