AZ

SHXÇDX-nin cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib

Bakı. Trend:

Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərininpozulmasına görə Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq ediləncərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülənvəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Trend xəbərverir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədovimzalayıb.

Qərara əsasən, büdcədənkənar vəsaitin Xidmətin aparatı,strukturuna daxil olan və tabeliyində olan qurumları arasındabölgüsü Xidmətin müvafiq əmri ilə rəsmiləşdirilir.

Büdcədənkənar vəsait hərbi qulluqçuların sosial müdafiəsiningücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədiləhərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına mütənasibəlavələrin verilməsi üzrə xərclənir.

Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşına əlavəninməbləği onların aylıq vəzifə (tarif) maaşından çox olmamalıdır.

Aylıq vəzifə (tarif) maaşına əlavənin ödənilməsi ayda bir dəfəolmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həminayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü)həyata keçirilir.

Aylıq vəzifə (tarif) maaşına əlavə aşağıdakı günlər üçünhesablanmır:

- sərəncamda olduğu və əmək qabiliyyətini müvəqqəti itirdiyigünlər;

- növbəti məzuniyyət istisna olmaqla “Hərbi xidmətkeçmə haqqındaƏsasnamə”nin 114-cü maddəsində nəzərdə tutulmuş digər məzuniyyətdəolduğu günlər;

- hərbi qulluqçu intizam cəzası aldığı gündən intizam cəzasıgötürülənədək.

Seçilən
352
34
az.trend.az

10Mənbələr