AZ

"Bizə ruspərəst damğası vurmağın tək səbəbi var: xaricdən gələn tapşırıqlarla hərəkət etmirik” - Baş nazir

Yazını böyüt
Yazını kiçilt

“Hakimiyyətimizə ruspərəst damğası vurmağın tək səbəbi var – biz xaricdən gələn tapşırıqlarla hərəkət etmirik, hakimiyyətin bütün qollarını agentlərdən təmizləmişik, suverenliyi qoruyuruq, LGBT təbliğatına yol vermədik və müharibəyə qoşulmadıq. Heç kim bizə ruspərəstliklə bağlı sübutlar təqdim etməyə ehtiyac duymayıb”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazır.

Kobaxidzenin yazdığı kimi, oliqarxların qeyri-rəsmi idarəçiliyinin siyasi rəqiblərinin nüfuzdan salınması üçün hansı metodlardan istifadə etməsi haqda ictimaiyyətin məlumatı olmalıdır.

“Amerikanın milli təhlükəsizlik rəhbəri Tulsi Qabard sübutlarla təsdiqlədi ki, Amerika seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı Donald Trampa qarşı ittiham Barak Obama tərəfindən uydurulmuşdu. Tulsi Qabard həmçinin bəyan etdi ki, Trampın nüfuzdan salınması kampaniyası “Dərin dövlət” tərəfindən planlaşdırılmışdı və kampaniyanın aparılmasına dövlət strukturları tam şəkildə cəlb olunmuşdu. Şəxsən Prezident Tramp “Dərin dövlət”i ifşa etdiyinə görə Tulsi Qabarda təşəkkür edib və materialları əlavə tədbirlər görülməsi üçün Ədliyyə Departamentinə göndərib. Bu məsələ bu gün Amerika mediası və ictimaiyyətində fəal müzakirə mövzusudur. Müxtəlif ölkələrdə rəqiblərə ruspərəstlik damğasının vurulması “Dərin dövlət”in yaxşı sınaqdan keçmiş dəsti-xəttidir. Bunun üçün o, Avropada “Dərin dövlət”in demək olar ki, tam şəkildə nəzarəti və senzurası altında olan ən effektiv alət kimi mediadan istifadə edir. Monopollaşdırılmış media vasitəsilə istənilən siyasətçi haqda istənilən imici asanlıqla yarada bilirlər. Məsələn, Fransa müxalifətinin lideri Marin Le Penin reytinqi kritik həddə çatan kimi, ictimaiyyətə heç bir sübut təqdim etmədən ona dərhal ruspərəst damğası vurdular. Rumıniyanın prezident seçkilərinin birinci turunda qalib olan Corceskunu oxşar üsulla siyasi proseslərdən uzaqlaşdırdılar. Əvvəlcə onu ruspərəst elan etdilər, daha sonra isə məhkəmə Corceskunun xeyrinə seçkilərdə “TikTok” vasitəsilə rus müdaxiləsi şübhəsini ortaya qoydu və heç bir sübut olmadan seçkiləri ləğv etdi. Moldovada ruspərəst damğasının vurulması, müxalif qüvvələrin məhkəmə yolu ilə qadağan edilməsi üçün ən yaxşı alətə çevrilib. Bu halda da heç kim sübut təqdim etməyə ehtiyac duymayıb. Artıq illərdir ki, Macarıstan hakimiyyəti “Dərin dövlət”in bənzər təbliğatına qarşı mübarizə aparır. Viktor Orbanın hökumətinin öz ölkəsinin milli maraqlarını güdməsi, psevdoliberal ideologiyaya qarşı mübarizə aparması və sülh tərəfdarı olmasına görə, onu da ruspərəst siyasətçi kimi təqdim etdilər. Burada da bu günə qədər heç kim heç bir dəlil ortaya qoymayıb”, – İrakli Kobaxidze yazır.

Seçilən
287
50
hafta.az

10Mənbələr