AZ

Rusiya: Danışıqlarıntarixi hələ dəqiq deyil

Ajans az xəbər verir ki , Rusiya və Ukrayna arasında yeni danışıqlar raundunun tarixi hələ razılaşdırılmayıb və vaxtı yaxın zamanda açıqlanacaq. Bu barədə TASS agentliyinə mənbə məlumat verib. Mənbə bildirib ki, tarixlərin təsdiqlənməsi hələ davam edir və dəqiq vaxt elan olunacaq. Türkiyə mediasında iyulun 23-24-ü görüşün baş tutacağı xəbərləri yayılmışdı. Independent Türkçe isə mənbələrə istinadla bildirib ki, danışıqlar çərşənbə və ya cümə axşamı keçirilə bilər. Rusiya tərəfinə yaxın mənbə isə Ukraynanın bu həftə yeni raund danışıqlar təklif etdiyini təsdiqləyib.

Ukrayna Prezidenti Vladimir Zelenski də Telegram hesabında yayımladığı videomüraciətdə bu təklifin Ukrayna nümayəndə heyətinin rəhbəri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov tərəfindən Rusiyaya verildiyini bildirib.

Seçilən
30
2
Ajans.az

10Mənbələr