AZ

İran millət vəkili:  ABŞ və İsrail təzminat ödəməli, hücum etməyəcəyinə zəmanət verməlidir

Vətəninfo.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Vəhid Əhmədi bildirib ki, ABŞ və İsrail İrana qarşı hücum etməyəcəklərinə dair zəmanət verməli və təzminat ödəməlidirlər.

O, “Didban-e Iran” saytına müsahibəsində Fransa, Almaniya və Britaniyanın “tətik mexanizmini” işə salmaq hüququnun olmadığını deyib. Əhmədi vurğulayıb ki, bu ölkələr JCPOA (nüvə sazişi) çərçivəsində öhdəliklərinə əməl etmədikləri halda, belə bir addım ata bilməzlər.

O, qeyd edib ki, hazırda bu məsələ ilə bağlı heç bir rəsmi tədbir görülməyib və gündəmdə olan açıqlamalar yalnız media spekulyasiyaları və siyasi təzyiqlərdir. Əhmədi həmçinin bildirib ki, İranın bu məsələyə qarşı konkret həll planları var və müvafiq tədbirlər görüləcək.

Seçilən
38
50
veteninfo.az

10Mənbələr