
İran dövlət televiziyası İran ilə Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqlarının 25 iyulda İstanbulda keçiriləcəyini açıqlayıb.2015-ci il nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniya, İranla xarici işlər nazir müavinləri səviyyəsində danışıqlara başlamağa razılıq veriblər. "Tasnim" xəbər agentliyi adını açıqlamayan diplomatik mənbəyə istinadən yazır ki, İran və üç Avropa ölkəsi danışıqların əsas prinsipləri üzrə razılığa gəlib. Lakin danışıqların vaxtı və yeri ilə bağlı məsləhətləşmələr davam edir.Bazar günü Cenevrə və ya Vyanada keçirilməsi gözlənilən görüşlərin xarici işlər nazir müavinləri səviyyəsində olacağı bildirilir.Ulusum.az
Diqqət Çəkənlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi
Boston şəhərində Azərbaycanlı gənclərin diaspor birliyi gücləndirildi