AZ

Fransa xalqı Makrona YOX deyir – ŞOK statistika

Fransa Prezidenti Emmanuel Makronun reytinqi rekord səviyyədə aşağı düşüb.

KONKRET.az xəbər verir ki, Fransanın “Le Figaro” nəşrinin dərc etdiyi sorğunun nəticələrinə əsasən, Prezident Emmanuel Makronun ictimai dəstək reytinqi cəmi 19 faiz təşkil edir. Bu göstərici onun 2017-ci ildən bəri hakimiyyətdə olduğu dövr ərzində qeydə alınan ən aşağı səviyyədir.

Fransa Baş naziri vəzifəsinə 2024-cü ilin dekabrında təyin olunan Fransua Bayrunun dəstəyi isə cəmi 18 faiz olub. Nəticədə, dövlət başçısı və baş nazirin birlikdə ümumi dəstək faizi 37-yə bərabərdir. Bu, Fransanın Beşinci Respublikasında indiyədək qeydə alınmış ən aşağı göstəricidir və hazırkı idarəetmə tandeminə “ən az dəstəklənən cütlük” statusunu qazandırır.

Le Figaro qeyd edir ki, hətta 2018-2019-cu illərdə “sarı jiletlilər”in genişmiqyaslı etiraz aksiyaları zamanı belə Makronun reytinqi 23 faizdən aşağı düşməmişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
6
48
konkret.az

10Mənbələr