AZ

Şəfəq Mehrəliyeva: XXI əsrdə media savadlılığı ən az oxuma-yazma qədər vacibdir VİDEO

Şuşa, 21 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

XXI əsrdə media savadlılığı ən az oxuma-yazma qədər vacib bacarıqdır. Bu, iki əsas məqamı əhatə edir: birincisi, şərh vermə və mühakimə yürütmə qabiliyyətinin inkişafı; ikincisi isə tolerant yanaşma tərzidir. Əgər bu sahələrə diqqət yetirilsə, cəmiyyətdə daha sağlam və məhsuldar müzakirələrin şahidi ola bilərik.

AZƏRTAC xəbər verir ki, bunu Şuşada keçirilən Qlobal Forumun "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı panelində ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva söyləyib.

“Əgər media tənqidi yanaşmaya önəm verməzsə, bu, daha çox istehzalı və qeyri-ciddi münasibətin formalaşmasına səbəb ola bilər. İnsanlar adətən əldə etdikləri məhdud məlumatlara əsaslanaraq mediaya qarşı tənqidi mövqe sərgiləyirlər. Buna görə də jurnalistlər təqdim etdikləri məlumatları sorğulamalı, təhlil etməli və cəmiyyətə düzgün şəkildə çatdırmalıdırlar. Əks halda bu, xüsusilə gənclər arasında psixoloji gərginlik və sosial etimadsızlıq kimi problemlərə yol aça bilər”, - deyə Şəfəq Mehrəliyeva əlavə edib.

O, medianın əsas vəzifələrindən birinin cəmiyyətdə tənqidi təfəkkürü aşılamaq olduğunu vurğulayaraq, məlumatların düzgün təhlil edilməməsinin yaratdığı problemlərə diqqət çəkib.

Seçilən
13
17
azertag.az

10Mənbələr