Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər tüstüdən zəhərlənib.
Hadisə 2008-ci il təvəllüdlü Adilov Kənan Elşən oğluna məxsus, ümumi sahəsi 80 kv.m olan mənzildə baş verib. Mənzilin 40 kv.m hissəsi yanıb.
Yanğın zamanı binada yaşayan bir neçə sakin və hadisə yerində onlara yardım edən polis əməkdaşları tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənən şəxslərin tam siyahısı aşağıdadır:
İsmayılova Solmaz Fərzalı qızı – 1960-cı il təvəllüdlü
Zamanova Yeganə Alməmməd qızı – 1973-cü il təvəllüdlü
Mikayılov Taleh Məmməd oğlu – 1959-cu il təvəllüdlü
Süleymanlı Fidan Ədalət qızı – 2002-ci il təvəllüdlü
Süleymanlı Emin Elmir oğlu – 2024-cü il təvəllüdlü
Süleymanlı Türkan Elşən qızı – 2009-cu il təvəllüdlü
Zamanlı Sofiya Elçin qızı – 2024-cü il təvəllüdlü
Yaqubova Gülnar Vaqif qızı – 1983-cü il təvəllüdlü
Həmidov Zaur Cavanşir oğlu – 1994-cü il təvəllüdlü
Məhərrəmli Məhərrəm Məharət oğlu – 1994-cü il təvəllüdlü
Vəliyeva İlahə Mirvəzir qızı – 1988-ci il təvəllüdlü
Cəbrayılov Cəbrayıl Namiq oğlu – 1994-cü il təvəllüdlü
Nəsibli Eyvaz Əlövsət oğlu – 1995-ci il təvəllüdlü (polis əməkdaşı)
Mahmudov Həşim Umüd oğlu – 1999-cu il təvəllüdlü (polis əməkdaşı)
Əsədov Valeh Etibar oğlu – 1997-ci il təvəllüdlü (polis əməkdaşı)
Yarıyev Zaur Məzahir oğlu – 1989-cu il təvəllüdlü (polis əməkdaşı)
Xancanov Riad Ruslan oğlu – 1999-cu il təvəllüdlü (polis əməkdaşı)
Zəhərlənənlərin hamısına ilkin tibbi yardım göstərilib, daha sonra evə buraxılıblar.