Bakı. Trend:
İsrail hərbi hava qüvvələri Yəmənin Qırmızı dəniz sahilindəyerləşən və hazırda “Ənsar-Allah” hərəkatına aid husi döyüşçülərinnəzarətində olan Hodeydə limanında yerləşən hərbi obyektlərəzərbələr endirib.
Trend bu barədəİsrailin Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadənxəbər verir.
“İsrail ordusu Hodeydə limanında terrorçu husi rejiminə məxsusolan hərbi infrastruktura zərbələr endirib və onları məhv edib”, -deyə İDF-in bəyanatında deyilir.
Aviahücum zamanı “liman infrastrukturunun bərpasında istifadəolunan mühəndis texnikası”, “yanacaq çəlləkləri”, “İsrail Dövlətinəqarşı hərbi əməliyyatlar və güc tətbiqi üçün istifadə olunan hərbigəmilər”, eləcə də, “limana bitişik dəniz zonasındakı gəmilər”hədəfə alınıb.