AZ

Qazaxıstan və Qırğızıstan arasında müttəfiqlik sazişi təsdiqlənib

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunu imzalayıb.

Bu barədə iyulun 21-də “Anadolu” məlumat yayıb. Qanunun mətni mətbuatda dərc olunub.

Qazaxıstan parlamentinin Senatında daha əvvəl qeyd olunduğu kimi, saziş ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib və ən yüksək səviyyələrdə görüşlər mexanizminin təkmilləşdirilməsini, siyasət və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsini, müntəzəm fikir mübadiləsinin aparılmasını, regional və beynəlxalq xarakterli əsas məsələlər üzrə mövqelərin əlaqələndirilməsini nəzərdə tutur.

Sənəddə siyasi, hərbi, ticarət-iqtisadi, investisiya, kənd təsərrüfatı, tranzit və nəqliyyat, su-energetika, elmi-texniki, təhsil və mədəni-humanitar sahələr də daxil olmaqla bir sıra prioritet istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək niyyətləri təsbit edilib.

Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Tərəflər terrorizm, ekstremizm, transmilli cinayətkarlıq, kibercinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi kimi müasir təhdidlərə qarşı mübarizədə dərin əməkdaşlığa hazır olduqlarını bildirirlər. Bundan əlavə, sənəd parlamentlərarası əlaqələrin, o cümlədən Qazaxıstan Respublikasının Parlamenti ilə Qırğız Respublikasının Joqorku Keneşi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Şura çərçivəsində inkişafına dəstək verir.

P.ƏMİRCANOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
xalqqazeti.az

10Mənbələr