AZ

Avropa Xəbər Agentlikləri Alyansının rəhbəri: Trend BİA dünya miqyasında müstəsna etimad qazanıb

Şuşa. Trend:

Azərbaycanın ən böyük müstəqil xəbər agentliyi olan Trend BİAdünya miqyasında müstəsna etimad qazanıb.

Bu fikirləri Şuşada keçirilən III Qlobal Media Forumunda AvropaXəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Qiboysəsləndirib.

“Trend BİA dünya miqyasında müstəsna etimad sahibidir, genişbeynəlxalq əlaqələr yaradıb və Azərbaycanın hüdudlarından kənardada etibarlı, peşəkar jurnalistika nümunəsi sərgiləyir,” – Qiboyvurğulayıb.

O bildirib ki, getdikcə daha geniş vüsət alan informasiyasəs-küyü, dezinformasiya və manipulyasiya şəraitində məhz Trendkimi agentliklər etibarlı beynəlxalq informasiya mühitinin inkişafetdirilməsini mümkün edir.

“Bu gün biz Balkan regionu və Mərkəzi Avropanın agentliklərinibirləşdirən informasiya layihəsini həyata keçiririk. Məqsədimizkeyfiyyətli məzmun yaratmaqdır. Biz yoxlanılmış məlumatların vəetibarlı mənbələrin dəyərini bildiyimiz üçün
bu addımı atırıq. Trend də belə mənbələrdən biridir,” – deyə A.Qiboy əlavə edib.

EANA-nın baş katibi Azərbaycanın Trend BİA vasitəsilə Avropanınən böyük xəbər agentlikləri alyansında informasiya mübadiləsinintamhüquqlu iştirakçısı olmasından qürur duyduğunu bildirib:

“Biz 33 ölkədən həm özəl, həm də dövlət agentlikləri daxilolmaqla, 33 agentliyi birləşdiririk. Əminik ki, bu əməkdaşlıq bütüntərəflərə fayda verir,” – deyə o yekunlaşdırıb.

Baş katib həmçinin ictimai etimadın formalaşdırılmasında xəbəragentliklərinin xüsusi rolunu vurğulayıb: “Biz həqiqətincarçılarıyıq. Bizim vəzifəmiz faktları olduğu kimi çatdırmaqdır ki,insanlar özləri nəticə çıxara bilsinlər”.

Seçilən
11
3
az.trend.az

10Mənbələr