AZ

“Şelburn” “Qarabağ”a 306 bilet ayırdı

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a qarşı keçirəcəyi oyunu canlı izləmək istəyən azarkeşlərə müraciət edib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn” (İrlandiya) – “Qarabağ” matçını “Tolka Park” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “E” sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 avro, uşaqlar və tələbələr üçün isə 20 avrodur.

“Qarabağ” azarkeşləri üçün “Tolka Park” stadionunda 306 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, sözügedən oyun iyulun 23-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Seçilən
3
50
arena.az

10Mənbələr