Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, püşkatmada "Araz-Naxçıvan", "Zirə" və "Sabah"ın potensial rəqibləri müəyyənləşib.
“Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütlüyünün qalibi ilə görüşəcək. “Zirə” - “Hayduk” (Xorvatiya) cütünün güclüsü "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütündə üstün olan tərəflə üz-üzə gələcək. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə "Omoniya" (Cənubi Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) duelinin güclüsü ilə görüşəcək.
"Zirə" və "Araz-Naxçıvan" ilk görüşlərini evdə, "Sabah" isə səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinn ilk oyunları avqustun 19-20-də, cavab görüşləri 26-27-də baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta