"Football-plus.az" xəbər verir ki, müraciətdə bildirilib:
"Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn" (İrlandiya) - “Qarabağ” matçını “Tolka Park" stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15.00-dan etibarən "iTicket.az"da onlayn şəkildə satışda olacaq. Azarkeşlərimiz əldə etdikləri vauçerləri oyun günü stadionun "E" sektoru qarşısında biletə dəyişməlidi. Biletlərin qiyməti böyüklər üçün 25, uşaqlar və tələbələr üçün isə 20 avrodu. "Qarabağ" azarkeşləri üçün "Tolka Park" stadionunda 306 yer ayırılıb. "Vauçerləri əldə edən şəxslər, vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olsun. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq".
Xatırladaq ki, "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-ü saat Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.