AZ

Ukraynada nazirliklər ləğv edildi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ukrayna Nazirlər Kabineti ötən il yaradılmış Milli Birlik Nazirliyini, Strateji Sənaye Nazirliyini, Aqrar Siyasət Nazirliyini və Ekologiya Nazirliyini ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə strana.ua məlumat yayıb.

Müdafiə Nazirliyinin yeni rəhbəri Denis Şmıqalın sözlərinə görə, Strateji Sənaye Nazirliyi onun idarəsi ilə birləşdirilib. Hökumətin Radadakı nümayəndəsi Taras Melniçuk bəyan edib ki, Milli Birlik Nazirliyi Sosial Siyasət Nazirliyi ilə birləşdirilib. Yeni şöbə Ukraynanın Sosial Siyasət, Ailə və Birlik Nazirliyi adlandırılıb.

Aqrar Siyasət və Ərzaq Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin funksiyalarını yenilənmiş İqtisadiyyat, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

phrase_var_article.chosen
10
50
oxu.az

10phrase_var_article.sources