Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlu vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Akın paylaşım edib.
"Keçmiş sədrimiz cənab Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlunun vəfatını böyük kədərlə öyrəndim. Kılıçdaroğlunun ailəsinə, yaxınlarına və bütün sevənlərinə başsağlığı verirəm", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.