AZ

"Sabah"ın Moldovaya yollanacağı tarix müəyyənləşib

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"la oyun üçün Moldovaya yollanacağı tarix müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Bakı təmsilçisi Moldovaya iyulun 23-də, gecə saatlarında yola düşəcək.

Baş məşqçi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı yerli vaxtla saat 18:30-da, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə 19:00-da start götürəcək.

Paytaxt təmsilçisini səfərdə dəstəkləyəcək azarkeş sayı hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Petrokub" - "Sabah" matçı iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.biz

Seçilən
3
50
idman.biz

10Mənbələr