AZ

Alaska Airlines IT problemi səbəbindən bütün uçuşları dayandırdı

Alaska Airlines bazar günü axşam saatlarında IT sistemlərində baş verən nasazlıq səbəbindən bütün uçuşlarını dayandırıb.

AzPost bildirir ki, bu, son bir il ərzində şirkətin ikinci dəfə hava donanmasını yerə endirməsidir. Horizon Air-ə məxsus uçuşlar da müvəqqəti olaraq dayandırılıb.

ABŞ-ın Federal Aviasiya Administrasiyası hələlik məsələyə münasibət bildirməyib. 2024-cü ildə də şirkət təyyarələrin çəkisini hesablayan sistemdəki problemə görə uçuşları dayandırmışdı. Hadisənin kiberhücumla əlaqəli olub-olmadığı hələ məlum deyil.

AzPost.az

phrase_var_article.chosen
39
18
azpost.info

10phrase_var_article.sources