AZ

Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarının sayı 24,6 faiz azaldı

BAKI, 21 iyul. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya gedən vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz azalıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 14,2 faiz, Gürcüstana gedənlərin sayı 25,3 faiz artıb. Türkiyəyə gedənlərin sayı isə 4,3 faiz azalıb.

Gedənlərin 66 faizini kişilər, 34 faizini qadınlar təşkil edib.

Qeyd edək ki, dövr ərzində ümumilikdə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,7 faiz azalaraq 988,2 min nəfər olub. Vətəndaşlarının 68,6 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Seçilən
327
8
teleqraf.com

10Mənbələr