AZ

Ermənilərin daha bir saxtakarlığı üzə çıxdı - VİDEO

Ermənilərin daha bir saxtakarlığı və yalanı üzə çıxıb. Bu saxtakarlıq “Bez tormozov” Telegram kanalının işğaldan azad edilən Ağdərədə yerləşən Gəncəsər (Qandzasar) monastırında hazırladığı videodan sonra bəlli olub.

Bizim.Media xəbər verir ki, materialda deyilir ki, sən demə erməni keşişləri burada qədim “tarixi kitablarını” saxlayırmışlar. Bu kitabların üzərində hətta işğal dövründə videomüşahidə sistemləri də quraşdırıbmışlar. Əvvəllər bu kitablara toxunmaq belə olmazmış, çünki onlar siqnalizasiya sisteminə qoşulubmuş. 

Ancaq indi kitabları açmaq və vərəqləmək mümkündür.

O kitablardan biri də XIII əsr “erməni tarixinə” və “mədəniyyətinə” həsr olunmuş kitabdır:

“Amma içini açanda görünür ki, yalnız ortasında bir vərəq var, sadəcə nümayiş üçün hazırlanmış şablon bir səhifə. Qalan bütün vərəqlər bomboşdur”.
 

Belə çıxır ki, erməni mədəniyyəti və tarixi bu kitab kimi boş və saxtadır. Kitabın digər səhifələri də eyni şəkildə tamamilə boşdur.


Deməli, ermənilərin təqdim etdiyi tarix və mədəniyyət bu boş vərəqlər kimi dəyərsiz və uydurmadır.


Bizim.Media

Seçilən
95
16
bizim.media

10Mənbələr