Demokrat.az xəbər verir ki, yayılan görüntülərdə Dilan Çıtakın homoseksuallar üçün barda rəqs etdiyi iddia olunub.
Sözügedən video "Mega Mag" adlı "Instagram" səhifəsində “Dilan Çıtak gey-barda rəqs edərkən görüntülənib” başlığı ilə paylaşılıb və qısa müddətdə sosial mediada geniş yayılıb.
Məsələ ilə bağlı açıqlama verən Dilan Çıtak görüntülərdəki şəxsin özü olmadığını bildirərək, yayılan məlumatları “yalan xəbər” adlandırıb. O, sosial şəbəkədə ünvanına yönələn tənqidlərə sərt reaksiya verib:
“Bu ölkədə linç refleksdir, cəhalət yoluxucudur. Bir qrup insan nə baş verdiyini belə anlamadan hücuma keçmək üçün kənarda gözləyir. Mən sizi tanıyıram. O vaxtlar heç anlamadan məni pis qız kimi damğalayan siz idiniz. Çünki bu ölkədə haqlı olmaq önəmli deyil, hədəf olmaq kifayətdir”.
Dilan Çıtak daha sonra videodakı qadının ona yazdığı mesajı ictimailəşdirərək, həmin şəxsin videoda özünün olduğunu təsdiqlədiyini bildirib. O, eyni zamanda həmin günə aid şəxsi videolarını da paylaşaraq iddialara son qoymağa çalışıb.
Qeyd edək ki, Dilan Çıtak ilə atası İbrahim Tatlısəs arasında uzun müddətdir davam edən mübahisələr daha əvvəl də media gündəminə düşmüşdü. Çıtak atasının ona psixoloji təzyiq göstərdiyini iddia etmiş, Tatlısəs isə cavabında “Uşaqlarımdan razıyam, birindən başqa...” sözlərini işlətmişdi.

Demokrat.az
10Mənbələr
-
news24.azİranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə ( 19504790)
-
demokrat.azTürkiyənin məşhur müğənnisinin qızı bar qalmaqalı ilə gündəmdə — VİDEO/FOTOLAR ( 19481138)
-
demokrat.azTürkiyənin məşhur müğənnisinin qızı bar qalmaqalı ilə gündəmdə VİDEO/FOTOLAR ( 19481102)
-
olay.azMien Tugayla Bahar Şahin arasında qalmaqal ( 19476935)
-
olay.azMien Tugayla Bahar Şahin arasında qalmaqal ( 19476608)
-
referans.azMəşhur müğənninin qızını fars məktəbində oxutması qalmaqal yaratdı – Sabiq nazirimiz də oranı bitirib… ( 19430117)
-
redaktor.azŞahin Şıxlinski axtarışaVERİLDİ ( 19375489)
-
news365.az"İranda hakimiyyət qolları arasında amansız mübarizə gedir"- Elçin Alıoğlu ( 19359349)
-
mia.azUEFA-nın çətiri altında Bakıda beynəlxalq qalmaqal: özü ispan, bürcü qoç, klubu xorvat, arvadı rus... - VİDEO ( 19232977)
-
qaynarinfo.azPrezident yaratdığı hərəkatdan kənarda qalıb Trampla MAGA arasında münaqişə ( 19197997)