Azərbaycan Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək.
Herbiand.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“İstintaq hərəkətləri davam edir, proses davam edir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, rəsmi hökmləri gözləyəcəyik”, - Peskov bildirib.
Bəxtiyar CƏFƏRLİ