BAKI, 21 iyul. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 173.383 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 30.352-si (17,5 %) ilkin, 143.031-i (82,5 %) isə təkrar qeydiyyatın payına düşüb.
2025-ci ilin ilk altı ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 31.211, mənzil – 42.999, torpaq sahəsi – 92.787, qeyri-yaşayış binası – 1.444, qeyri-yaşayış sahəsi – 4.504, əmlak kompleksi – 358, çoxmərtəbəli yaşayış binası – 77 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 46.762-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb.
Əlavə olaraq hesabat dövründə 123.192 texniki pasport tərtib edilib, 28.926 ipoteka müqaviləsi qeydiyyata alınıb.