AZ

Sülh danışıqları: Sənədə o zaman imza atıla bilər ki… AÇIQLAMA

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

 "Azərbaycan və Ermənistan arasında sülh danışıqları intensiv şəkildə irəliyə doğru getməkdədir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, hazırda xüsusən sərhədlərin demarkasiya və delimitasiya prosesi, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması ilə bağlı müəyyən məsələlər müzakirə predmetidir. Müsahibimiz qeyd edib ki, bu üç məsələ ilə bağlı Azərbaycan və Ermənistanda fikir ayrılığı yoxdur:

“Sadəcə olaraq məsələ ondan ibarətdir ki, bəzi məsələlərin reallaşması geosiyasi aspektdən böyük güclərin yanaşmasının təsiri ilə bir qədər gecikir, yubanır. Bəzi məsələlərlə bağlı isə baş nazir Nikol Paşinyan hələ də onları həyata keçirməyə hazır olmadığını açıq şəkildə bəyan edir”.

Zaur Məmmədov: Paraflanmış sənədin təsdiqlənməsi istisna deyil

Z.Məmmədova görə, sülh sazişi ilə bağlı sənədə konkret o zaman imza atıla bilər ki, Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsin:

“Təbii ki, paraflanmış sənədin təsdiqlənməsi istisna deyil. Sənədin paraflanması müqavilənin imzalanmasından əvvəl baş tuta bilər. Bu da özülüyündə irəliyə doğru bir addım kimi dəyərləndirilməlidir. Nikol Paşinyanın da vurğuladığı kimi bu məsələdə ortaq məxrəcə gəlinməsi istisna deyil".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
bakivaxti.az

10Mənbələr