AZ

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

 

 

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keçirilən “Award of Excellence” mükafatının təqdimatı tədbirində elan edilib. ABB mükafata rəqəmsal kanallardan istifadə edən müştərilərin sayının artımı, rəqəmsal bankçılıq təcrübəsini gücləndirən uğurlu inkişaf strategiyası, rəqəmsal məhsul və xidmətlərdən istifadəni asanlaşdıran həllərin tətbiqi, açıq bankçılıq ekosistemlərinə inteqrasiya və fintek əməkdaşlıqları kimi meyarlara görə layiq görülüb. Mükafatlandırma zamanı ABB-nin kibertəhlükəsizliyə qarşı həyata keçirdiyi ardıcıl və effektiv tədbirlər də nəzərə alınıb. 

1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın “Award of Excellence” mükafatı maliyyə qurumları üçün ən nüfuzlu beynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Seçilən
2
31
anews.az

10Mənbələr