AZ

4 il oxuyub xoşbəxtlik eksperti ola bilərsiniz YENİLİK

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Nyu-Cersi ştatında kiçik bir kollec olan Centenary University unikal proqramın başladığını elan etdi: 

Dünyanın ilk dəfə onlayn qaydada xoşbəxtlik araşdırmaları adlı unikal proqram başlayır.

“Cebheinfo.az” xəbər verir ki, yeni proramən başladığını ABŞ-nin Nyu-Cersi ştatında kiçik bir kollec olan Centenary University elan edib.  Dörd illik proqram tamamilə virtualdır, rifah və psixi sağlamlıq sahəsində ekspertlər hazırlamaq məqsədi daşıyır.

Proqramın direktoru və Pozitiv Psixologiya və Liderlik Psixologiyası kursları ilə tanınan keçmiş Harvard professoru Tal Ben-Şahar  deyib: 

"Əvvəllər heç vaxt buna indiki qədər böyük ehtiyac olmayıb. Biz dünyada narahatlıq, depressiya, tənhalıq və həyatdan ümumi narazılığın artdığını müşahidə edirir, təkcə böyüklərdə deyil, uşaqlarda və yeniyetmələrdə də artır”.

Onun sözlərinə görə, proqramın məzunları müxtəlif sahələrdə işləyə biləcəklər: şirkətlərdən və QHT-lərdən tutmuş dövlət qurumlarına qədər  rifah üzrə ekspertlər, siyasət məsləhətçiləri, tədqiqatçılar, müəllimlər və məsləhətçilər tələb olunacaq.

Bu proqram 2022-ci ildə başladılan "xoşbəxtlik tədqiqatları" üzrə unikal magistr proqramına əsaslanır. O, artıq ABŞ, Braziliya, Hindistan, İsrail, Yaponiya və Cənubi Afrikadan olan tələbələri cəlb edib. Ötən il 13 ölkədən 87 tələbə məzun olub.

“Bu gün insanlar təkcə necə pul qazanmağı deyil, həm də necə yaxşı yaşamaq lazım olduğunu soruşurlar”, - deyə universitetin rəhbəri Deyl Koldvel bildirib. Onun fikrincə, bu proqram bu suala cavab verə biləcək yeni nəsil təcrübəçi alimlərin yetişməsinə kömək edəcək.

Proqramın kursları dörd istiqamətə bölünür: təhsil, tədqiqat, liderlik və insan inkişafı. Kurrikuluma Aristotel, Lao Tzu, Helen Kellerdən mətnlər, Maria Montessori və Nelson Mandelanın irsi daxildir.

Tələbələr üç il təhsil alacaq, ikinci kursda isə dissertasiya üzərində işə başlayacaqlar. Tədqiqat xoşbəxtlik nəzəriyyəsini məktəblər, biznes və hökumət kimi real sahələrə tətbiq etməyə yönəldiləcək.

Xatırladaq ki, martın 20-də dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd edilir.

BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatının 2024-cü ilin yekunlarına görə, dünyanın ən xoşbəxt ölkələrinin siyahısında ilk "5-lik"də Finlandiya, Danimarka, İslandiya, İsveç və Niderland yer alıb.

Siyahıda Kosta-Rika 6-cı, Norveç 7-ci, İsrail 8-ci, Lüksemburq 9-cu, Meksiya 10-cudur.

İsveçrə 13-cü, Kanada 18-ci yeri tutur.

Rusiya 2023-cü ildəki hesabatdakından 6 pillə irəliləyərək 66-cı yerə qalxıb.

ABŞ 24-cü, Ukrayna 111-ci yerdədi.

Əfqanıstan 147 ölkə arasında sonuncu yerdə qərarlaşıb.

Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Onun hazırlanmasında Gallup sorğu xidməti və Oksford Rifahın Öyrənilməsi Mərkəzi iştirak edir.

Tədqiqatçılar reytinq tərtib edərkən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına riayət olunması, məşğulluq təminatı, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar. Əsas kimi üç il ərzində toplanmış orta göstəricilər götürülür.

Xəzər

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
33
cebheinfo.az

10Mənbələr