Banqladeşin paytaxtı Dəkkə şəhərində hərbi təlim təyyarəsi məktəbə çırpılıb.
ONN media xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 hərbi təlim təyyarəsinin qəzası nəticəsində azı 19 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.