AZ

İsrail Yəmənin qərbinə hava zərbələri endirdi

İsrail Hərbi Hava Qüvvələri Yəmənin qərbində yerləşən Hodeyda bölgəsinə hava zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Times of İsrael” məlumat yayıb.

Bildirilib ki, zərbələr son zamanlarda husilərin İsrailə endirdiyi raket və PUA hücumlarına cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, iyulun 7-dən bəri husilər İsrailə 6 ballistik raket və bir neçə dron hücumu ediblər.

Fatimə Şahverdiyeva

Seçilən
11
50
qafqazinfo.az

10Mənbələr