AZ

Şahin Bağırov: "Yeni mövsümdən Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər"

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər.

Bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının preizdenti Şahin Bağırov deyib.

O, növbəti mövsümdən qadınların yarışında komanda sayının artacağını bildirib:

"Hazırda 8 komandalı çempionat üzərində işləyirik. Bildiyiniz kimi, əvvəllər bu rəqəm 6-ya bərabər idi. Lakin ola bilər ki, say 9-a çatsın. Amma bu dəqiq deyil. Azərbaycanda voleybolun inkişafı göz qabağınadır. İnanıram ki, istədiyimiz hədəflərə çatacağıq".

Seçilən
31
50
report.az

10Mənbələr